İsveçdə elektron kronun sınaqdan keçirilməsinə başlanıb. Bu layihə ölkə üçün nağd puldan imtina etməyə kömək edən yeni inkişaf mərhələsi olacaq.
Banker.az xəbər verir ki, bu haqda “Bloomberg” məlumat verib.
Elektron krona layihəsi ilə iş 2021-ci ilin fevral ayına kimi davam etdiriləcək, bu haqda İsveç Bankının (Riskbank) saytında deyilir. Sınaq çərçivəsində istifadəçilərin elektron cüzdanına rəqəmsal valyuta köçürüləcək. Onlar bu pulu çıxara, o cümlədən mobil tətbiq və ya ağıllı saat vasitəsilə alış-veriş edə biləcəklər.
Rəqəmsal texnologiyanın əsasında “Corda” platforması dayanır, hansıki digər kriptovalyutalardan fərqlənir.
Bankın verdiyi məlumata görə, 2018-ci ildə İsveçdə nağd pulun həcmi 1,4% təşkil edib və bu, tədqiqatda iştirak edən 50 ölkə arasında minimum göstəricidir. Müqayisə üçün yüzilliyin əvvəllərində nağd pulun həcmi 39% idi.