3 C
Baku
Saturday, December 14, 2024

İranda koronavirusdan ölənlərin sayı bir neçə dəfə artdı

İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur bildirib ki, koronavirusa 28 yoluxma hadisəsi qeydə alınıb. Ölkənin daha 5 vətəndaşı virusun qurbanı olub. Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb.

Daha əvvəl bildirilirdi ki, yoluxucu virusdan ölənlərin sayı 6 nəfərdir.

2019-nCoV koronavirusu ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Artıq bu ölkədə 2 442 nəfər yeni virusun qurbanı olub. Çində koronavirusa yoluxanların sayı 76 939 nəfərə çatıb, daha 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Son xəbərlər
Digər xəbərlər