İranda koronavirusun yayılması xəbəri qonşu ölkələri, o cümlədən, Türkiyəni də narahat edib.
İHA-nın yaydığı məlumata görə, Türkiyə virus təhlükəsinə görə Naxçıvan-Dilucu sərhəd qapısını bağlayıb. Sərhəddən giriş-çıxışa rəsmən qadağa qoyulub.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı səkkizə çatıb.