Ağ Ev ABŞ Konqresinə yeni koronavirusun yayılması ilə mübarizə aparmaq üçün 2,5 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması ilə bağlı sorğu göndərib.
Bu barədə Ağ Evin İnzibati Büdcə İdarəsinin yaydığı açıqlamada bildirilir.
“ABŞ rəhbərliyi bu gün (bazar ertəsi – Red) peyvəndin hazırlanmasını sürətləndirmək, xəstəliklərə qarşı mübarizəni gücləndirmək və ən çox təlabat olan avadanlıq və ləvazimatların alınması üçün Konqresə 2,5 milyard ABŞ dolları həcmində əlavə maliyyə planı göndərib”.
Eyni zamanda, planda vaksinin hazırlanmasına təxminən 1 milyard ABŞ dolları vəsaitin ayrılması da nəzərdə tutulur.
©Report