9 C
Baku
Thursday, December 12, 2024

İrandan Azərbaycana gələn 23 nəfər karantinə alındı

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb. 

Nazirlikdən Banker.az verilən məlumata görə, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək. Onların əksəriyyəti İrana ziyarətə gedənlərdir”, – məlumatda qeyd olunub.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsiilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Son xəbərlər
Digər xəbərlər