17 C
Baku
Sunday, May 5, 2024

“Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması barədə xəbərlər həqiqəti əks etdirmir”

“Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil”.

Bu barədə Gürcüstan Baş Nazirinin Administrasiyasından açıqlama verilib.

Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

“Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla gediş-gəlişlərə tətbiq edilib”, – deyə açıqlamada bildirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi də APA-nın yerli bürosuna açıqlamasında Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.

©APA

Son xəbərlər
 ⁠
Digər xəbərlər