11 C
Baku
Friday, January 10, 2025

Volkswagen dünyada liderə çevriləcək

Avropanın ən nəhəng avtomobil istehsal edən Volkswagen AG (VW) alman şirkəti Çində iki müəssisənin inşasına 2 milyard avro yatıracaq və bununla dünyanın avtomobil bazarında öz layiqli yerini tutacaq.

Alman şirkəti Tyanzhin və Çindao şəhərlərində müəssisə yaratmaq niyyətindədir. Şirkət 2013-cü ildə çin bazarında avtomobil satış həcminə görə General Motors şirkətini geridə qoydu və hazırda 2018-ci ilə qədər avtomobil istehsalı sahəsində dünya lideri olmaq fikrindədir.

Çində minik avtomobillərinin satış həcmi aprel ayında sürətlənmişdir. Belə ki, əcnəbi brendlər dünyanın ən nəhəng avtomobil bazarında öz populyarlıqlarını artırmağa davam edirlər.

Keçən ay Çində satılan avtomobillərin sayı 1,61 milyona yaxın idi. Bu da, keçən ilki göstəricilərdən 12% çoxdur.

Son xəbərlər
Digər xəbərlər