2020-ci ilin yanvar ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 713 min ədəd təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvarında cəmi ödəniş kartlarının sayı 447 min ədəd artıb. Kartların sayında artım fermer kartlarının verilməsi ilə əlaqədardır.
2019-cu ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında sosial kartların sayı 324 min ədəd artaraq 2 milyon 707 min ədəd, əməkhaqqı kartlarının sayı 39 min ədəd artaraq 2 milyon 355 min ədəd, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 53 min ədəd artaraq 1 milyon 822 min ədəd, kredit kartlarının sayı 32 min ədəd artaraq 829 min ədəd olub.
İllik müqayisədə isə 2020-ci ilin yanvar ayında sosial kartların sayında 187 min ədəd artım, əməkhaqqı kartlarının sayında 302 min ədəd artım, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayında 718 min ədəd artım, kredit kartlarının sayında isə 44 min ədəd azalma müşahidə olunur.