1 C
Baku
Saturday, December 14, 2024

Ziraat Bankda KOB-larla bağlı “Dəyirmi Masa”

(®)27 Fevral 2019 tarixində “Ziraat Bank Azərbaycan” ASC-nin Baş Ofisində KOBİA, KOSGEB , ATİB, TUİB, MUSİAD, Azərbaycanda fəaliyyət göstərən banklar ve istehsal assosiasiyalarının rəhbərləri, KOB-ların iştirakı ilə Türkiyə və Azərbaycanda fəaliyyət göstərən KOB-ların əməkdaşlıq əlaqələrinin inkişafı üçün birgə təşəbbüslərinin həyata keçirilməsi məqsədi ilə “Dəyirmi Masa” ətrafında toplanmışlardır. 

Görüşün əsas məqsədi, hər iki ölkənin KOB-larının dövlət  və banklarla olan əlaqələrinin inkişaf etdirilməsi , KOB-ların dövlət təşviqat kampanyalarına və maliyyə mənbələrinə çıxışının yollarının müzakirəsi olmuşdur. 

İclasın açılış nitqini “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri Avni Demirci etmişdir və iclas iştirakçılarını salamlayaraq iclasa ev sahibliyi etməkdən məmnun olduğunu, iki ölkə arasında olan münasibətlərin inkişafı üçün Ziraat Bankın daima çalışdığnı bildirmişdir.

Daha sonra KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) -nın İdarə Heyətinin Sədri Orxan Məmmədov  çıxış edərək KOBİA-nın fəaliyyətindən və iki ölkə arasında olan iqtisadi əlaqələrin inkişafından bəhs etmişdir. Belə ki, Orxan  bəy çıxışında xarici kapitalı olan şirkətlərin sayına görə Türkiyə şirkətlərin birinci yerdə olduğunu və bu şirkətlərin həm biznes əməliyyatlarında, həmdə əlaqələrin qurulmasında Ziraat Bank-ın mühüm rolu olduğunu qeyd etmişdir. Əlavə olaraq Orxan Məmmədov Türkiyə və Azərbaycan arasında olan ticarət dövriyyəsinin 15 milyard dollar çatdırmağı qarşılarına məqsəd qoyduqlarını və bu istiqamətdə görülən işlərdən bəhs etmişdir. 

Tədbirin davamında çıxış edən Türkiyənin KOSGEB qurumunun sədri            Prof. Dr. Cevahir Uzkurt Türkiyədə sahibkarlara verilən dəstəklərdən, bu dəstəklərin verilmə zamanı istifadə edilən mexanizmlərdən və əsasən hansı şərtlərə görə xidmət çeşidlərini artırdıqlarından bəhs etmişdir. Əlavə olaraq sədr Azərbaycanda olan sahibkarlarla da qarşılıqlı fikir mübadiləsi apararaq təkliflərini bildirmişdir. 

Daha sonra qurum rəhbərləri sahibkarlardan gələn fikir və təklifləri dinləmiş, sahibkarların çətinlik çəkdikləri mövzularda həlledici addımların atılması üçün müraciətləri qəbul edərək tədbiri qaşılıqlı sual-cavab şəklində davam etdirmişlərdir.

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri Avni Demici çıxışında  KOB-lar üçün kredit məbələrinə çıxış yolunun birinci növbədə şəffaflıq prinsipi əsas alınaraq , düzgün və real proyektlər ilə bankın başdan axıra qədər görə biləcəyi şəkildə bir ticarət zənciri olduğunu, əlavə olaraq artıq iki ölkə bir-birinə sadəcə mal və xidmət satışının həyata keçirilməsində deyil , hər iki ölkəyi də istehsal mərkəzi qəbul edərək, bərabər 3-cü ölkə bazarlarına çıxışın yollarını axtarmalı olduqlarını vurğulamışdır. Əlavə olaraq Avni Demirci  həm Azərbaycan həmdə Türkiyə dövlətinin idxal və ixrac təşviqlərinin, banklar üzərindən KOB-ların istifadəsinə açıq olduğunuda qeyd etmişdir. 

       Sonda “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri Avni Demici Ziraat Bankın daima  sahibkarların yanında olduğunu , bütün əməliyyatlarında və əlaqələrin qurulmasında daima köməklik göstərdiklərini həmçinin iki ölkə arasındaki iqtidsadi və mədəni əlaqlələrin inkişafında faydalı işlər görməyə davam edəcəklərini bildirərək tədbir iştirakçılarına təşəkkür etmişdir.  

84973192 193478888414709 7480941007874293760 n85209469 303747507253697 1122602407046414336 n89110303 186913709283298 7751406686325178368 n

Son xəbərlər
Digər xəbərlər