18 C
Baku
Saturday, May 4, 2024

ABŞ-da yalnız 1 koronavirus xəstəsi qaldı

ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, hospitalda koronavirusa yoluxmuş yalnız bir xəstə qalır.

Bu barədə “Reuters”ə istinadən xəbər verilir.

“ABŞ-da koronavirusa yoluxması təsdiq edilmiş 10 nəfərdən yalnız 1 xəstə hələ hospitaldadır. Hər yoluxma hadisəsində insanlar müalicə olunub və onlar bütün parametrlər üzrə özlərini yaxşı hiss edirlər”, – Pens deyib.

Daha əvvəl ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ölkədə koronavirusa 15 yoluxma hadisəsi haqqında bildirib. Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər