Martın 5-dən Nur-Sultan-Bakı aviareysləri dayandırılır.
“NewTimes.kz” məlumat verir ki, Almatı-Bakı aviareyslərinin sayı beşdən birə, Aktau-Bakı aviareyslərinin sayı isə yeddidən birə endiriləcək.
Bunu Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı üzrə nazir müavini Berik Kamaliyev açıqlayıb.
“Bu uçuşların dayandırılması ilə əlaqədar martın 1-dən sərnişinlər cəriməsiz aldıqları biletləri qaytara bilərlər”, – deyə o bildirib.
Qeyd edilib ki, bu günlərdə Azərbaycanda koronavirus epidemiyasına üç yoluxma faktı qeydə alınıb.
©Oxu.az