2 C
Baku
Sunday, December 15, 2024

SOCAR-a məxsus holding aktivlərini artırıb

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Petkim Holding” 2019-cu ildə 764,237 mln. Türkiyə lirəsi (TRY) xalis mənfəət əldə edib.

Bu barədə şirkətin audit olunmuş maliyyə hesabatında qeyd edilib.

Ötən il “Petkim”in aktivləri 2018-ci ildən 17,6% artaraq 14,801 mlrd. TRY təşkil edib.

2019-cu ildə “Petkim”in gəlirləri 11,672 mlrd. TRY olub ki, bu da əvvəlki ildən 25% çoxdur.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

©Report

Son xəbərlər
Digər xəbərlər