13 C
Baku
Tuesday, May 7, 2024

Böyük Britaniyada Ceyms Bondun 25-ci filmini qeyd etmək üçün qızıl sikkə buraxılacaq

Böyük Britaniyada Ceyms Bondun “Ölməyə vaxt yoxdur” 25-ci filmini qeyd etmək üçün 7 kiloqramlıq qızıl sikkə buraxılacaq.

“Royal Mint” (Birləşmiş Krallıqda sikkələr istehsal edən yer) 25-ci Ceyms Bond filminin xatirəsinə 7000 funt sterlinq dəyərində 7 kiloqram qızıl sikkə istehsal edib. Bu, “Royal Mint” tərəfindən indiyə qədər istehsal olunan ən yüksək nominal dəyərə malik ən böyük sikkədir.

Sikkədə BMT 216A nömrə nişanlı Aston Martin DB5-nin oyma təsviri həkk olunub. Sikkələri mart ayının ortalarından etibarən almaq mümkün olacaq.

©Azərtac

Son xəbərlər
 ⁠
Digər xəbərlər