15 C
Baku
Sunday, November 24, 2024

Naxçıvanın ali və orta ixtisas təhsil müəssisələrində dərslər dayandırılmayacaq

Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində dərslər tədris qrafikinə uyğun olaraq dayandırılmayacaq.

Bu barədə “Nuhçıxan” İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, tədrislə yanaşı, müvafiq profilaktika və dezinfeksiya işləri də davam etdiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində isə tədris prosesi 2020-ci ilin mart ayının 4-dən 9-dək dayandırılıb. Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Xatırladaq ki, koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

©Report

Son xəbərlər
Digər xəbərlər