1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda xarici valyutada ödəmə vaxtı keçmiş kreditlər daha çoxdur

Kredit təşkilatlarının cəmi kredit qoyuluşu 2020-ci il yanvar ayında 15 milyard 514 milyon manata çatıb. 2019-cu ilin dekabr ayının sonu ilə müqayisədə cari ilin yanvarında kredit təşkilatlarının cəmi kredit qoyuluşu 215,4 milyon manat artıb. İllik müqayisədə isə kredit təşkilatlarının kredit qoyuluşu 2020-ci ildə 2 milyard 629 milyon manat artıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Kredit təşkilatlarının 15 milyard 514 milyon manatlıq kredit qoyuluşlarının 10 milyard 7,4 milyon manatını manat kreditləri (milli valyutada kreditlər), 5 milyard 506.2 milyon manatını xarici valyuta kreditləri təşkil edib. 

Milli valyutada kreditlərin 728.4 (7,3%) milyon manatının, xarici valyutada kreditlərin isə 578.5 milyon manatının (10.5%) ödəmə vaxtı keçib (problemli kreditlərdir).

2019-cu ilin analoji dövrüylə müqayisədə bu ilin yanva ayında Manat kreditləri 1 milyard 943.8 milyon manat artıb, xarici valyutada kreditlər isə 685.1 milyon manat artıb.

Milli valyutadakı kreditlərin 1 milyard 642.3 milyon manatı qısamüddətli, 3 8 milyard 365.1 milyon manatı uzunmüddətli kreditlərdən ibarət olub.

Xarici valyutada kreditlərin isə 1 milyard 211.7 milyon manatını qısamüddətli, 4 milyard 294.5 milyon manatını uzunmüddətli kreditlər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər