Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 8 şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 25,27,28,29,30,31,32,33,34,35, 36,38,39 №-li, yaşayış binasının tikintisi nəzərdə tutulub.
Müqavilənin cəmi məbləği 38 milyon 943 min 112 manatdır.
Bildirək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müqavilə bağladığı şirkətlər “Alıbəyli Şirkəti” MMC, “Tunel-Mtero İnşaat” MMC, “Progress” Sənaye İstehsalat şirkəti, “GM Construction” MMC, “Rabitəİnşaat” MMC, “Technokrat Limited” MMC, “M.Nazimoğlu” MMC və “Cavid-2016” MMC-dir.