7 C
Baku
Thursday, January 16, 2025

Duyduğumuz ən xoş hisslər

Bəzən yeni bir qidanın dadına baxmaq, barmaqlarımızı nə isə zərif bir şeyə toxundurmaq, yeni bir qoxunu içimizə çəkmək bizə əvəzsiz xoşbəxtlik qazandıra bilər.

Bu məqaləni daim hisslərinin əhatəsində olan və kiçicik şeylərdən xoşbəxt olmağı bacarnlara həsr edirik. Axı bəzən əhvalı yüksəltmək üçün sadəcə bunlar kifayətdir:

Körpənin yumşaq dərili yanağından öpmək.

Yastığın sərinliyini hiss etmək.

Sevdiyiniz qidanın ilk olaraq dadına baxmaq.

Uzun, yorucu və yuxusuz bir gündən sonra yatağa uzanmaq.

Sevdiyiniz insanı ilk dəfə öpmək.

Yeni kitabın qoxusunu içinizə çəkmək.

Günəşin ilk şüalarını dərinizdə hiss etmək.

Axşam vaxtı isti qum üzərində gəzmək.

Yaz yağışında islanmaq.

Şaxtadan donmuş əllərinizi ocaqda qızdırmaq.

Sevdiyiniz ev heyvanınızın tüklərini tumarlamaq.

Uzun illərdən bəri görmədiyiniz insanı qucaqlamaq.

Uzun iş günündən sonra evə gələrək bütün narahat paltarları çıxarmaq.

Uşaqlıqdan sizə tanış olan və xatirələrinizi oyadan o qoxunu yenidən hiss etmək.

Son xəbərlər
Digər xəbərlər