2 C
Baku
Saturday, December 14, 2024

“Saudi Aramco” neft tədarükünü artıracağını qərar verdi

Dünyanın ən iri neft-qaz şirkəti olan “Saudi Aramco” aprel ayında gündəlik neft tədürükünü 12,3 milyon barelədək artıracaq.

“Reuters”ə istinadən xəbər verilir ki, bu barədə “Aramco” rəhbəri Əmin Nasir bildirib.

O, həmin rəqəmin istehsalat gücünü 300 min barel üstələdiyini deyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı neft hasilatını indiyədək 9,7 milyon barel çərçivəsində saxlayırdı.

Report

Son xəbərlər
Digər xəbərlər