“Bu il dəmir yolu ilə konteyner daşımaların həcminin 50 faizdən çox artacağı proqnozlaşdırılır”.
Bunu “Caspian European Club”ın dəstəyi ilə keçirilən Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteryner” MMC-nin Biznesin inkişafı üzrə direktoru Rəşad Məcidov deyib.
Onun sözlərinə görə, ötən il 2018-ci illə müqayisədə konteynerlə yük daşımaların həcmi 43% artıb.
O bildirib ki, 2019-cu ildə dəmir yolu ilə 45 min konteyner daşınıb: “Bu isə 2018-ci ilə nisbətən 56 faiz artım deməkdir. Bu il üçün də 50 faizdən çox artım, yəni 75-80 min konteyner daşınması proqnozlaşdırırıq”.
©Report