9 C
Baku
Thursday, December 12, 2024

İsveç Mərkəzi Bankı ölkədəki şirkətlərə 51 milyard dollar vəsait ayıracaq

İsveç Mərkəzi Bankı koronavirusa görə ölkədəki şirkətlərə 500 milyard krona (51 milyard dollar) vəsait ayıracaq.

Banker.az xəbər verir ki, bu haqda “Reuters” xəbər agentliyi məlumat verib.

“Riskbank” bu virusun iqtisadi mənfi təsir göstərəcəyini və şirkətlərə effektiv kredit verilməsinin vacib olduğunu vurğulayıb.

“Bu vəziyyətdə görülən tədbirlər İsveç şirkətlərinə, xüsusən də kiçik və orta sahibkarlara kredit əldə etmək imkanını verməlidir”, – qubernator Stefan İnqves bildirib.

“Riskbank” likvidliyi təmin etmək üçün digər tədbirlər görməyə hazır olduğunu qeyd edib.

Son xəbərlər
Digər xəbərlər