“Hazırda koronavirusa yoluxan 15 nəfər var”.
“Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O söyləyib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: “İndiyə qədər 3 nəfər sağalıb”.
“Bizim ölkədə virus pandemiya vəziyyətində deyil”, – deyə İbrahim Məmmədov qeyd edib.
O bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: “Ölkədə bir çox kütləvi tədbirlər qadağan edildi. Dəfn istisna olmaqla, yas mərasimləri qadağan edilir. Xüsusi rejimə riayət etməyənlər cəzalandırılacaq. Biz başqa ölkələrlə müqayisədə əlverişli vəziyyəti qoruyub saxlayırıq”.