“Palmali” şirkətlər qrupunun rəhbəri azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.
“Sabah”ın yaydığı məlumata görə, o, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bu səhər İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onun yaşadığı ünvanda axtarış aparılıb.