-1 C
Baku
Saturday, December 14, 2024

İngiltərə Bankı: altı ölkənin mərkəzi bankı faiz dərəcəsi 25 baza punktu aşağı endirir

Kanada Bankı, İngiltərə Bankı, Yaponiya Bankı, Avropa Mərkəzi Bankı, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) və İsveçrə Milli Bankı svop üzrə faiz dərəcəsini 25 baza punktu aşağı endirib.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

Beləliklə, yeni svop-xətlərin faiz dərəcəsi OIS (Overnight Index Swap) plus 25 baza punktu olacaqdır.

“Bu dəyişikliklər 16 mart tarixindən qüvvəyə minəcək. Yeni qiymətlər və ödəmə müddəti ABŞ dolları ilə maliyyələşdirmə bazarının rəvan işləməsini təmin etmək lazım olduğu qədər qüvvədə qalacaqdır”, – mesajda deyilir.

Svop-xətlər – pul bazarının alətlərindən biridir, müxtəlif ölkələrin mərkəzi bankları arasında valyuta mübadiləsinə dair bağlanan müqavilədir.

Son xəbərlər
Digər xəbərlər