Covid-19 pandemiyası qlobal iqtisadiyyatı sarsıtdığına görə, FED-in faiz dərəcəsini aşağı salmasından sonra Hong Kong da faiz dərəcəsini azaltdı.
Banker.az xəbər verir ki, Hong Kong, faiz dərəcəsini rekord səviyyədən aşağıya endirdi. Azalmalar Asiya birjalarının aşağı düşməsinə səbəb oldu. Hong Kong Valyuta Təşkilatı (HKMA) dərəcəsini 64 baza punktu azaldaraq 0.86 faizə endirdi
HKMA-nın baş icraçı direktoru Eddie Yue Wai-man faiz dərəcəsinin azalmasından sonra açıqlamada belə dedi : “Fed-in dərəcəni azaltmasından sonra digər mərkəzi banklar da faiz dərəcələrini azaltdılar və ya baş verən risklərə nəzarət üçün başqa tədbirlər tətbiq etdilər.”