Cənubi Koreya Mərkəzi Bankı bazarda koronavirusun artan təsirləri ilə əlaqədar olaraq faiz dərəcəsini 50 baza punktu azaldaraq 0,75% səviyyəsinə endirib.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Bu, Koreya Bankının 2008-ci ilin oktyabrından bəri ilk toplantıdır.
“Pul-kredit siyasəti Şurası maliyyə bazarındakı dəyişkənliyi və inflyasiya təsirini azaltmaq məqsədilə yumşadılmalıdır”, – tənzimləyicinin açıqlamasında deyilir.
Xatırladaq ki, bundan əvvəl faiz dərəcəsi ötən ilin iyul və oktyabr aylarında azaldılmışdır.
Koreya Bankının bu qərarı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini azaltmasından sonra verib. Dünya ölkələrinin mərkəzi bankları iqtisadiyyatı dəstəkləmək üçün bütün səylərini aktivləşdirirlər.