Rusiyada dollar 79 rublla 2016-dan bu tərəfə ən yüksək həddə keçib

Rusiya Federasiyasında ABŞ valyutasının məzənnəsi 2016-cı ildən bu tərəfə ən yüksək həddə keçib.

Bu barədə Banker.az Kommersant qəzetinə istinadən xəbər verir.

Belə ki, hazırda dünya birjalarında neftin 28 dollar/barel ətrafında fırlanması (Bakı vaxtı ilə saat 11:10) xəbəri ardından Moskva Birjasında dolların məzənnəsi 79 rubl səviyyəsinə yüksəlib.

Bildirək ki, koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatında aktivlik azalıb, və bu da neftə təlabatı kəskin azaldıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər