9 C
Baku
Thursday, December 12, 2024

Tramp vergilər üzrə 300 mlrd. dollarlıq paketi təsdiq etdi

ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin verdiyi məlumata görə, Tramp vergilər üzrə 300 mld. dollarlıq paketi təsdiq edib.

Banker.az xəbər verir ki, bu barədə “Fox Business” bildirir.

Vergilərin ödənilməsi müddəti aprelin 15-də başa çatsa da, koronavirus pandemiyası ilə əlaqədar olaraq ABŞ hökuməti bu müddəti 90 gün uzadıb.

Fiziki şəxslər 1 milyon dollaradək, şirkətlər isə 10 milyon dollaradək ödəmələri təxirə sala bilərlər.

Xatırladaq ki, daha əvvəl maliyyə naziri 1 trilyon dollar və ya daha çox iqtisadi stimullaşdırma təklif etmişdir. O, amerikalılara aprelin sonunda 250 milyard dollar dəyərində, dörd həftə sonra isə iqtisadiyyatındakı vəziyyət çətin olarsa, eyni dəyərdə ikinci çek göndərməyi təklif edir.

Son xəbərlər
Digər xəbərlər