10 C
Baku
Friday, December 13, 2024

Rusiya nefti ‘qapının ağzında’ $19-dan ucuz satır – 18 illik antirekord

Rusiyanın neft markası “Urals”  Şimal-Şərqi Avropa bazarlarında ötən gün 22% ucuzlaşmaqla, biir barel üçün $18,64 həddinə düşüb. Bu 2002-ci ilin fevral ayından bu tərəfə minumumu yeniləməsi deməkdir, bunu “Argus media” yazır.

Agentliyin məlumatlarına əsasən, Baltika portlarında “Urals” markalı xam neftin daşınması 2 mln. barelə qədər artıb, bu da ötənilki dövürlə müqayisədə 25% daha çox haslilatın artması deməkdir.

Dünya birjalarında neftin dəyərində ucuzlaşma 2020-ci ilin yanvarında başlayaraq start verib ki,  bu da koronavirus epidemiyasının yayılması fonunda neftə yaranmış təlabatın azalması fonunda baş verib. 9 martda OPEC və onunla eyni dövlətlər itştirak etməklə OPEC+ alyansının iclası keçirilsə də Rusya Federasiyasının neftin hasilatına dair azaltma anlaşmasında qoşulmayıb. Bu isə Səudiyyə Ərəbistanı və onunla eyni cəbhədə olan İraq, Küveyt və B.Ə.Ə kimi neft ölkələri üçün qəzəbli qarşılanmaqla Rusiyaya qarşı “neft meharibəsi” elan etməsi ilə nəticələndi.

S.Ərəbitsanı diskountla Avropa bazarlarına neftini çıxarmaqla Rusiyanın tutduğu mövqeni zəiflətməklə onu danışıqlar masasına “oturdmaq” istəyirlər. S.Ərəbistanı gələn aydan neft hasilatının 12,3 milyon barel/günlük səviyyəsinə qədər artıracağını işarə edib.

“Goldman Sachs”ın proqnozuna əsasən, 2020-ci il ərzində  neftə olan təlabatın günlük 1,1 mln. ton həddinə qədər rekord həddə ucuzlaşacağını proqnoz edir. Brent nefti isə bu şəraitdə 20 dollar/barel səviyyəsinə qədər deşəcəyini, III və IV rüblərdə isə 30-40 dollar diapazoununda dəyişəcəyini ehtimal edirlər. Neftin isə əvvəlki – 60 dollar/barel səviyyəsinə qayıtması üçün isə 2021-ci ilin sonunu gözləməli olduğumuzu deyir analitik qrup.

Bu baş verərsə, Rusiyanın öz maliyyyə nazirinin fikirincə 17,4 dollar/barel səviyyəsində olması ilə ölkə yalnız ayda $3,3 milyard qazana bilər.

Son xəbərlər
Digər xəbərlər