29 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilmişdir. Hərracda tələb 106,5 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, 19 mart 2020-ci il tarixində olan valyuta hərracında tələb 243,7 mln. ABŞ dolları təşkil edilmişdi.