Paşinyan: Türk Hava Yolları Gümrüyə də uçuşlara başlaya bilər

Türk Hava Yollarının (THY) Gümrüyə də uçuşlara başlaması mümkündür.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, Türk Hava Yollarının İrəvana uçuşlarının bərpası Çində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi razılaşmaları nəticəsində mümkün olub.

Paşinyan Bakı və Ankara ilə münasibətlərin inkişafından da danışıb. O hesab edir ki, Türkiyə və Azərbaycanla əlaqələrin artıq işgüzar gündəliyə daxil edilməsi üçün vaxt çoxdan çatıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər