Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.
Nazirliyin mətbuat katibi İradə İbrahimova deyib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.
O qeyd edib ki, bu təyinata qədər o, nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub. M.Qənbərov 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır”.
©Report