9 C
Baku
Thursday, December 12, 2024

Təxminən 80 ölkə BVF-dan maliyyə dəstəyi istəyib

Təxminən 80 ölkə koronavirus pandemiyası səbəbindən Beynəlxalq Valyuta Fondundan (BVF) maliyyə dəstəyi istəyib. Banker.az xəbər verir ki, bu haqda BVF-nun rəhbəri Kristalina Georgieva məlumat verib.

Fond rəhbərinin sözlərinə görə, Qırğızıstanın tələbi artıq təsdiqlənib və ondan əlavə daha 80-ə yaxın ölkə BVF-na müraciət göndərib. Qeyd edildiyi kimi, müraciətlərə yaxın vaxtlarda baxılacaq.

“The New York Times” BVF-nun nümayəndələrinə istinadən bildirir ki, müraciət edən ölkələrin əksəriyyəti iqtisadiyyatı inkişaf etməkdə olanlardır. Ümumilikdə bu ölkələr təcili maliyyə yardımı olaraq təxminən 20 milyard dollar istəyiblər.
Ukrayna prezidenti Vladimir Zelenski BVF-dan 2 milyard dollar istəyib. Ölkə liderinin sözlərinə görə, əksr təqdirdə Ukraynanı tənəzzül gözləyir.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, bu günə kimi dünyada koronavirusa 836 min nəfər yoluxub, onlardan 40 mindən çox insan dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər