21 C
Baku
Tuesday, October 8, 2024

Yaponiya fövqəladə vəziyyət elan edir

Yaponiyanın baş naziri Sindzo Abe, koronavirus pandemiyasının sürətlə yayılması ilə əlaqədar olaraq aprelin 7-də fövqəladə vəziyyət elan etmək niyyətində olduğunu bildirib.

Banker.az bu barədə “Vesti.ru”yə istinadən xəbər verir.

Bu tədbirlər Tokio, Osaka, Fukuoka, Tiba, Kanaqava, Saytama və Höqo şəhərlərinə ail olunacaq.

Yaponiyanın baş naziri hökumətin biznesi dəstəkləməyə yönəltmək niyyətində olduğu bir sıra anti-böhran tədbirləri də açıqlayıb. Onun sözlərinə görə, “tədbirlər paketi 108 trilyon yen (989 milyard dollar) təşkil edəcək ki, bu da ÜDM-un 20%-dir.

Fövqəladə vəziyyət elan edildikdən sonra yerli hakimiyyət sakinlərdən evlərini tərk etməmələrini tələb edə biləcək.

Son xəbərlər
Digər xəbərlər