12 C
Baku
Wednesday, December 11, 2024

Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır

Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev 7 aprel 2020-ci ildə sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə qərara alınıb.

Sərəncamanda deyilir,

 “Hər birində 200 çarpayı olan modul tipli 6 (altı) xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ayrılsın”, deyə məlumatda deyilir.

Son xəbərlər
Digər xəbərlər