Banklar öz rəsmi səhifələrində hesabatlarını yerləşdirmirlər. Banker.az saytı olaraq bu dəfə Bizə və bir çox şəxslərə çox vacib olan bankların illik , audit, balans ,mənfəət və zərərhesabatlarına nəzər yetirdik. Təbii ki, vəziyyəti görüb heç də təəccüblənmədik. Çünki, artıq bəzi bankların saytlarının bu vəziyyətinə necə deyərlər öyrəncəliyik.
Bankların hesabatlarının yerləşdirməməsinin əsas səbəblərində biri də hesabatların aktuallığının itirməsini gözləməlidirlər. Çünki maliyyə göstəricilərində bankların gəlirləri xərcləri və s. bütün vacib məlumatları daha ətraflı şəkildə qeyd olunur.
Bir neçə banklar isə balans ,mənfəət və zərər hesabatlarını yerləşdirsə də illik , audit hesabatları haqqında demək olar ki, məlumatları yoxdur.
Qanuna diqqət yetirək:
– Bankların audit rəyi ilə təsdiq edilmiş ilin yekunlarına dair maliyyə hesabatı audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində kütləvi informasiya vasitələrində dərc olunmalıdır.
– Hesabat dövrü 1 yanvardan 31-i dekabr da daxil olmaqla olan dövr sayılır. İl ərzində yeni yaradılan nümayəndəlik üçün birinci hesabat dövrü onun dövlət qeydiyyatından keçdiyi tarixdən 31-i dekabr da daxil olmaqla olan dövr sayılır.
– Təsisçi bankın kənar auditor yoxlamasından keçmiş illik maliyyə hesabatı və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş auditor rəyinin surəti.
Qanunvericiliyə əsasən, bankların maliyyə hesabatı martın 31-dək, audit hesabatları isə aprelin 20-dək hazır olmalı, rəsmi internet ünvanlarında yerləşdirilməlidir.
Araşdırmanın daha ərtalı olması üçün bütün banklarda olan vəziyyəti sizə təqdim edirik.
Bankların adı | Son illik hesabatları | Audit hesabat | Balans hesabat | Mənfəət və zərər hesabatı |
AtaBank | 2013 | 2013 | Mart 2014 | Mart 2014 |
Azər-Türk Bank | Mart 2014 | 2013 | Mart 2014 | Mart 2014 |
AG Bank | 2013 | 2013 | İyun 2014 | İyun 2014 |
Turan Bank | 2012 | 2013 | Mart 2014 | Mart 2014 |
Bank Respublika | 2013 | – | İyun 2014 | İyun 2014 |
Para Bank | – | 2013 | Mart 2014 | Mart 2014 |
NBC Bank | – | 2013 | Mart 2014 | Mart 2014 |
YapıKredi Azərbaycan | 2013 | 2013 | 2013 | 2013 |
Bank VTB | 2013 | 2009 | Mart 2014 | Mart 2014 |
Nikoil Bank | 2013 | 2011 | Mart 2014 | Mart 2014 |
DəmirBank | 2011 | 2013 | İyun 2014 | İyun 2014 |
AFB Bank | 2012 ci il | – | 2013 | 2013 |
Amrahbank | 2012 ci il | 2013 | İyun 2014 | İyun 2014 |
Expressbank | 2013 | 2013 | İyun 2014 | İyun 2014 |
Unibank | 2013 | 2013 | İyun 2014 | İyun 2014 |
Xalq Bank | 2012 | 2013 | May 2014 | May 2014 |
Azərbaycan Beynəlxalq Bankı | 2012 | 2013 | İyun 2013 | İyun 2013 |
Kapital Bank | 2013 | – | Mart 2014 | Mart 2014 |
Muğan Bank | 2013 | 2013 | Iyun 2014 | Iyun 2014 |
Zamin Bank | 2012 | – | – | 1 aprel 2014 |
Bank of Baku | 2013 | 2013 | İyun 2014 | İyun 2014 |
Bank Silk Way | – | – | İyun 2014 | İyun 2014 |
Bank Standard | – | 2012 | Mart 2014 | Mart 2014 |
Deka Bank | 2013 | – | Mart 2014 | Mart 2014 |
Kredo Bank | 2013 | – | Mart 2014 | Mart 2014 |
United Credit | – | 2010 | Mart 2014 | Mart 2014 |
Bank BTB | 2012 | – | Mart 2014 | Mart 2014 |
Günay Bank | – | 2012 | 2012 | 2012 |
Gəncə Bank | – | 2013 | Mart 2014 | Mart 2014 |
Naxçıvan Bank | 2011 | 2011 | 2011 | 2011 |
Qafqaz İnkişaf Bankı | – | 2013 | Mart 2014 | Mart 2014 |
Access Bank | 2013 | 2013 | İyun 2014 | İyun 2014 |
Atra Bank | – | – | 2012 | 2012 |
Azərbaycan Kredit Bankı | – | – | – | – |
ASB Bank | 2013 | 2013 | Mart 2014 | Mart 2014 |
Bank Avrasiya | – | 2013 | 2011 | 2011 |