“Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxsi 3100 ədəd GPS cihazına texniki xidmətin satın alınması ilə bağlı keçirdiyi tender prosedurunu yekunlaşdırıb.
Banker.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “MATRİX” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində “MATRİX” MMC Qurumun istifadəsində olan 3100 ədəd GPS cihazına texniki xidmət göstərilməsini öhdəsinə götürüb.







