10 C
Baku
Wednesday, December 11, 2024

Xüsusi karantin rejimi ilə bağlı avtomobil yollarında nəzarət gücləndirilib

Yol polisi əməkdaşları ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.

Şəhərin müxtəlif istiqamətlərində postlar qurulub. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları bu postlarda nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin icazə vərəqələrini və SMS icazələrini yoxlayırlar. Əgər karantin qaydalarını pozan sürücü və sərnişin aşkarlanırsa müvafiq tədbirlər görülür. Belə ki, səbəbsiz yerə yaşayış yerlərini tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 12-si saat 00:00-dan aprelin 13-ü saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər