6 C
Baku
Saturday, December 14, 2024

Proqnoz: 2020-ci ildə Çinin iqtisadi artım tempi 44 illik minimuma düşəcək

2020-ci ildə Çinin iqtisadi artım tempi 44 illik minimuma düşəcək. Banker.az xəbər verir ki, bu harədə analitiklərin nəticələrinə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.

Qeyd edildiyi kimi, 62 analitik arasında sorğu keçirilmişdir və onların proqnozlarına görə, 2020-ci ildə Çinin ÜDM-nun artım tempi 2,5% təşkil edəcək. Qeyd edək ki, bu, 1976-cı ildən bəri minimum qiymətdir.

Çin hökuməti koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq tətbiq edilmiş məhudiyyətləri sadələşdirsə də, yaxın aylarda ölkə iqtisadiyyatının dirçəlişi gözlənilmir.

Analitiklər təxminən 30 milyon iş yerinin itirlməsini proqnozlaşdırırlar. Çin Xalq Bankının banklar üçün məcburi rezerv normalarını (RRR) azaltması, o cümlədən faiz dərəcəsini 3,70% səviyyəsinə endirməsi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər