Bu ilin yanvar-mart ayında Azərbaycana xarici ölkələrdən 36 milyon 181 min dollar dəyərində 165,5 min ton buğda idxal olunub.
Banker.az bu barədə Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2019-ci ilin müvafiq dövründə isə Azərbaycana xarici ölkələrdən 91 milyon 130 min dollar dəyərində 405 min 802 ton buğda idxal edilmişdi.
Belə ki, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana idxal edilən buğdanın qiyməti ötən ilin eyni dövrüylə müqayisədə 2,5 dəfə ucuzlaşıb, miqdarı isə 240 min 298 ton və yaxud 2,5 dəfə azalıb.
Ölkəyə gətirilən düyünün isə cari ilin ilk rübündə miqdarı 14,4 min ton edir ki, idxal dəyərinin 9,1 mln. dollar olması deməkdir. Halbu ki, öncəki ildə, idxal olunan düyünün miqdarı 12,9 min ton, dəyəri isə 10,6 mln. dollar təşkil edirdi.