18 C
Baku
Friday, November 14, 2025

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 10% artırıb

2020-ci ilin 3 ayında Azərbaycan 113,232 milyon ABŞ dolları dəyərində 84,599 min ton meyvə-tərəvəz ixrac edib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2019-cu ilin müvafiq dövründə isə Azərbaycan 103,454 milyon ABŞ dolları dəyərində 98,822 min ton meyvə-tərəvəz ixrac edib. Belə ki, 2019-ci illə müqayisədə müvafiq olaraq meyvə-tərəvəz ixracı 9,778 milyon dollar (9,5%) çox və 14,224 min ton (14,4%) azdır.

Həmçinin 2020-ci ilin yanvar-martında Azərbaycan xarici ölkələrə 32 770 min ton tomat ixrac edib. İxrac edilən tomatın ümumi dəyəri 43,927 milyon dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər