2020-ci ilin yanvar-mart aylarında Azərbaycan əsas on beş ticarət tərəfdaşı ilə ümumi dəyəri 4,207 mlrd. ABŞ dollarına yaxın ixrac əməliyyatları həyata keçirib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu il 2019-ci ildə olduğu kimi, İtaliya Azərbaycanın əsas ixrac partnyoru olub. Onun ardınca Türkiyə, İsrail və Yunanıstan gəlir.
Ötən ilin müvafiq dövründə siyahıda 7-ci yerdə olan İsrail 2020-ci ildə 3-cü yerə, 13-cü yerdə olan Yunanıstan isə bu il 4-cü yerə qalxıb.
2019-cu ilin 3 ayında Azərbaycanın İsrailə ixracı 209,148 milyon dollar ikən, təkcə bu ilin 3 ayında bu ölkəyə ixrac 253,826 milyon dollar təşkil edib. Ötən il Azərbaycanın Yunanıstana ixracı 87,802 milyon dollar, 2020-ci ilin müvafiq dövründə isə ixrac 188,139 milyon dollar olub.
Cari ilin 3 ayında Azərbaycanın ixracında əsas ölkələrin reytinqi:








