Rusiya YUKOS neft şirkətinin keçmiş səhmdarlarının qaldırdığı iddia əsasında Haaqa məhkəməsində 10 ilə yaxındır davam edən prosesi uduzub.
Məhkəmə Rusiyanın keçmiş səhmdarlara 50 milyard dollar təzminat ödəməli olduğu barədə qərar çıxarıb.
Proseslə yaxından tanış olan mənbə “Kommersant”a bildirib ki, məhkəmə “Group Menatep Limited” şirkətinin Rusiyaya qarşı iddiasını yekdilliklə təmin edib.
Məhkəmənin qərarına görə, Rusiya 1991-ci ildə qəbul edilmiş Energetika Xartiyasını pozub və YUKOS şirkətinin aktivlərini müsadirə edib. Keçmiş səhmdarların maraqlarını təmsil edən “Group Menatep Limited” şirkəti itkilərini 114 milyard dollar qiymətləndirib, lakin məhkəmə 50 milyard dollarlıq təzminat barədə qərar çıxarıb.
Məhkəmənin belə qərar qəbul etdiyinə dair məlumatı “Röyter”in mənbələri də təsdiqləyir. Həmçinin məhkəmə qərarına görə, Rusiya məhkmə prosesindən ötrü 65 milyon dollar ödəməlidir. Xəbərdə bildirilir ki, Rusiya istənilən halda məhkəmənin qərarından şikayət verəcək.
Virtualaz.org