-1 C
Baku
Sunday, December 15, 2024

Seçilməyi bacarın!

Psixoloqlar uzun müddətdir bir faktı araşdırmağa çalışırlar. Nəyə görə, bəzi insanlar ətrafdakıların diqqət və simpatiyasını qazandığı halda, digər bəzi insanlar bütün cəhdlərinə baxmayaraq “görünməz” və “maraqsız” insan olaraq qalırlar? 

 Psixoloqların son araşdırmaları nəticəsində “maraqlı insanların” sahib olduqları əsas keyfiyyət və xüsusiyyətlər müəyyən edilmişdir. Əgər siz də “görünməzlik xəstəliyi”-ndən əziyyət çəkirsinizsə bu məqalə sizə faydalı olacaq.

Onlar yaxşı müsahibdirlər:

İnsanlar özləri haqqında danışmağı sevir və bu səbəbdəndə daim onları dinləyən bir insana ehtiyacları var. Buna görə maraqlı insan olmaq üçün qarşınızdakı insanı dinləməyi bacarmaq və söhbət mövzusunu müsahibinizin maraq dairəsi çərçivəsində davam etdirmək lazımdır.

 Onların hər zaman danışmağa maraqlı bir hadisələri var:

Çalışın “ehtiyatınızda” qarşınızdakı insanı əyləndirəcək, ona nə isə öyrədəcək və məlumatlandıracaq heç olmasa 3 məlumatınız olsun. Məsələn, bu məlumatın yeni smartfonunuzun üstünlükləri barədə deyil, hər hansı bir insanın həyat təcrübəsi haqqında olması daha məqsədəuyğundur.

Onlar emosiyalardan istifadə edərək diqqət çəkirlər:

Tələffüz etdiyimiz sözlərin cəmi 7%-i müsahibimiz tərəfindən düzgün qavranılır. Bəzən, yüksək dərəcədə maraqlı olan hadisə dodaqlarınızdan bəsit bir məlumat olaraq tələffüz edilə bilər. Yadda saxlayın: danışıq zamanı intonasiya və bədən dili sözlərdən daha böyük əhəmiyyətə sahibdir.

Onlar daim öz sosial sərhədlərindən kənara çıxırlar:

Nə qədər çox sayda insanla münasibətiniz olsa, ətrafdakı insanlar üçün bir o qədər maraqlı olursunuz. Bu səbəbdən də, ünsiyyət əhatənizi genişləndirməyə çalışın.

Onlür kütlədən seçilməyin istənilən üsulunu tapırlar:

İnsanlar daim ümumi kütlədən seçilən, qeyri-standart olan cəhətlərə diqqət yetirirlər. Adət  etdiyimiz görüntüdən fərqli mənzərə daim bizim də diqqətimizi çəkir.

Son xəbərlər
Digər xəbərlər