24 C
Baku
Friday, July 4, 2025

Azərbaycan iqtisadiyyatına investisiya yatırımları artsada, bank sektorunun payı azalıb

2020-ci ilin yanvar-mart aylarında ölkənin bütün maliyyə mənbələrindən əsas kapitala 2929,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5% çox vəsait yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,3% artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,1% azalıb.

Cari ilin 3 ayında əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 1959,9 milyon manat, bank kreditləri 130,9 milyon manat, büdcə vəsaitləri 519,0 milyon manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 52,1 milyon manat, əhalinin şəxsi vəsaitləri 188,9 milyon manat, sair vəsaitlər 78,6 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə  əsas kapitala yönəldilmiş sərmayədə bank kreditləri 133,6 milyon manat təşkil edib. Belə ki, əsas kapitala yönəlmiş bank kreditlərinin həcmi 2% azalıb.

Son xəbərlər
Digər xəbərlər