26 C
Baku
Thursday, October 10, 2024

İran Xarici İşlər Nazirliyi: “ABŞ-ın özünün köməyə ehtiyacı var”

İran İslam Respublikasının rəsmi nümayəndəsi Abbas Musavi, ABŞ-ın özünün köməyə ehtiyacı olduğunu söyləyib. Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İrana koronavirus pandemiyası ilə mübarizə aparmağa kömək etməyə hazır olduğunu bildirmişdir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Onların özlərinin tibbi avadanlığa və yardıma ehtiyacı var. Tramp mövcud vəziyyətdən yararlana bilməyəcək”, – Musavi qeyd edir.
Onun sözlərinə görə, Tramp koronavirus ilə bağlı situasiya üzərində spekulyasiya etməyə çalışır və İran “ABŞ iqtisadi terrorizmi dayandırmayana qədər” danışıqlara getməyəcək.
Xatırladaq ki, bu günə qədər İranda 5 118 nəfər koronavirusdan dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər