20 C
Baku
Sunday, May 5, 2024

Tramp ABŞ-a immiqrasiyanı dayandıracağına söz verdi

ABŞ prezidenti Donald Tramp, koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində müvəqqəti olaraq ölkəyə immiqrasiyanı qadağan edəcəyini söyləyib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Görünməz düşmənin hücumu, eləcə də gözəl vətəndaşlarımızın iş yerlərini qorumaq fonunda, ABŞ-a immiqrasiyanı müvvəqəti olaraq dayandırılmasına dair fərman imzalayacağam!”, – Tramp öz “Twitter”-də yazır.

“İqtisadi böhranla müşaiyət olunan uzun müddətli karantin, cəmiyyətin sağlamlığına böyük zərbə vuracaq”, – prezident vurğulayır və intihar hallarının artması riskini qeyd edir.

ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumata görə, bu həftə işsizlik müavinəti üçün ümumilikdə 5,2 milyon amerikalı müraciət edib, “Bloomberg” yazır. Son bir ayda ölkədə 20 milyondan çox insan işini itirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər