12 C
Baku
Wednesday, December 11, 2024

“Gəncə Tekstil” iflas olmaq üzrədir — vəziyyət ildən ilə ağırlaşır

Azərbaycanda yüngül sənaye istehsalçısı “Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ili uğurlu tamamlaya bilməyib. Məhsulları maya dəyərini qarşılaya bilmir.

Banker.az şirkətin elan etdiyi maliyyə hesabatına istinadən xəbər verir ki, il ərzində 502,27 min manat əsas əməliyyat gəliri olmaqla satışların maya dəyəri 837,24 min manat təşkil edib, bu da şirkətin 334,45 min manatlıq ümumi zərər etməsi deməkdir. Baxmayaraq ki, ümumi əməliyyat gəliri (satış) 2019-cu ildə öncəki ildən daha çox olub, elə maya dəyəri də eynən artım istiqamətinə dəyişib.

Tekstil fabriki hesabat dövründə əlavə olaraq 92,11 min manatlıq digər gəlirləri olub ki, bu da qismən xalis zərəri azaldaraq 242,42 min manata qədər azalda bilib. 2018-ci ili “Gəncə Tekstil” 275,79 min zərərlə tamamlamışdı.

Bu zərər sonrası 1 yanvar 2020-ci il tarixinə olan hesabata görə, şirkətin balansında yığılmış zərər 6 milyon 906,89 min manata qədər yüksəlib. Nəzərə alsaq ki, “Gəncə Tekstil”in ümumi nizamnamə kapitalı (səhm qoyuluşu) 535,14 min manatdır, bu şirkəti iflas təhlükəsi ilə üz-üzə qoyur.

İllərdir etdiyi bu zərərlər sonrası cəmi kapitalını mənfi 6 milyon 371,76 milyonluq bir duruma salıb.

Qeyd edək ki, tekstil fabrikinin dövriyyədə olan səhmlərinə 2020-ci ildə hər hansısa maraq müşahidə edilməyib. Sonuncu dəfə 2 manat hər bir səhminin qiyməti olan bu ASC-nin ötən ilin sonunda 640 ədəd əl dəyişdirib.

Capture

Son xəbərlər
Digər xəbərlər