- Faydalı əlaqələr qurun
Gələcəkdə sizin üçün faydalı olacaq əlaqələr qurmaq və inkişaf etdirmək çox vacibdir. Bu səbəbdən seminarlarda, peşəkar təlimlərdə, sərgilərdə, konfranslarda iştirak etmək tövsiyə olunur. Siz belə tədbirlərdə nəinki bilik əldə edə, həm də maraqlı insanlarla tanış ola bilərsiniz.
- Özünə inamı inkişaf etdirin
Özünə inamı inkişaf etdirin, bu başqalarının sizi “görməyi” və mütəxəssis olaraq diqqət yetirməsi üçün lazımdır. Özünü daha inamlı hiss etmək üçün nə etdiyinizi yaxşı bilməli və peşəkar mövzu ilə bağlı mübahisələrdə iştirak etməyə hazır olmalısınız.
- Təşəbbüs göstərin
Əgər iş yerinizdə nəyəsə nail olmaq istəyirsinizsə, təşəbbüs göstərməyi öyrənin. Yalnız iş vəzifələrinizi yerinə yetirməklə məhdudlaşmayın, səlahiyyətiniz daxilində daha çox şey etməyə çalışın, şöbənin inkişafına və şirkət üçün maraqlı layihələrin realizinə dair yeni fikirlər irəli sürün.
- Problemləri operativ şəkildə həll edin
Çətinliklərdən qaçmağı deyil, onları inamla dəf etməyi öyrənin. Məsələn, mürəkkəb məsələnin həllini rəhbərliyə həvalə etmək əvəzinə, özünüz məşğul olun. Çətinliklərin öhdəsindən gəlmək bacarığı – uğur üçün vacib addımlardan biridir.
- Özünüzü yaxşı mütəxəssis kimi təqdim edin
Bir çoxları özlərini tərifləməyi bacarmır və buna hətta “pis baxırlar”. Əslində, yalnız siz nəyə nail olduğunuzu və başqalarına nə verə biləcəyinizi bilirsiniz.
- İstədiyinizi tələb etməyi öyrənin
Bu, özünü yaxşı mütəxəssis kimi təqdim etmək və çətin vəziyyətləri həll etmək bacarığı ilə sıx bağlıdır. Həqiqətən ehtiyac duyduğunuzu və layiq olduğunuzu tələb etməyə çəkinməyin.
- Kollektivdə “sağlam” atmosfer yaradın
Yaxşı iş mühiti – uğur qazanmağınız üçün lazım olan əsas ünsürlərdən biridir. Stressli və gərgin mühitdə işləmək həm çətindir, həm də məhsuldar deyil. Sizin kollektivdə atmosferi “sağlamlaşdırmaq” və harmoniya yaratmaq bacarığınız yüksək qiymətləndiriləcək.