6 C
Baku
Sunday, December 15, 2024

Maaşınız azdır?: Elə isə yüksəldin

Əmək haqqından narazalıq – hər birimizə yaxşı tanış olan haldır. Lakin çox az insan əmək haqqısını nə dərəcədə yüksəldə bilmək iqtidarında olduğunu bilir. Bir çox məşhur hüquqi şirkətlərin baş mütəxəssisi olan Ceyms Froynd belə hesab edir ki, bunun üçün şirkətdə və ümumilikdə əmək haqqı səviyyəsini nəzərə almaq və özünüzün şirkət üçün hansı mahiyyət kəsb etdiyinizi dəqiqləşdirmək lazımdır. 

Bu zaman müdirinizin sizə qarşı olan şəxsi münasibəti və büdcə qərarlarına qarşı nə dərəcədə sərbəst addım ata bildiyini də aydınlaşdırmaq pis olmazdı. Qısası, mütəxəssis nə istədiyini bilən insanlara stereotiplərdən kənar düşünməyi məsləhət görür.

 Hər şeydən əvvəl, müdirinizin ilk olaraq məbləğ elan etməsini gözləməyin. Söhbətin təşəbbüskarı sizsiniz, belə isə kartlarınızı masaya ilk siz qoyun.

Mütəxəssis həmçinin istədiyiniz məbləğdən bir az yüksək “qiymət” səsləndirməyinizi məsləhət görür. Belə olduqda orta məbləğə əlavələrin edilməsi təklifinin rədd edilməsi riskindən uzaq olacaqsınız.

Arzu etdiyiniz məbləğlə faktiki məbləğ arasındakı fərqi kompensasiya etmək üçün belə bir təklif irəli sürə bilərsiniz: “Məsələn, avtomobilinizin xərclərini şirkət hesabına ödənməsini tələb edə bilərsiniz. Axı son vaxtlar şirkət işləri ilə bağlı bir çox yerə getməli olmusunuz, elə deyilmi?”.

Son xəbərlər
Digər xəbərlər