Bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgah Azərbaycanda karantin rejiminin bitməsi və ya davam etməsi barədə həlledici qərarı açıqlayacaq.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, gün ərzində bununla bağlı rəsmi məlumat ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, Azərbaycanda karantin rejimi mayın 4-dək uzadılmışdı.
Bu gün isə son iş günü olduğu üçün karantinin uzadılıb ya bitməsi barədə məlumat verilməlidir